SUVARMA OAZİSİ

səhra və yarımsəhra zonasında çay, artezian və ya qrunt suları vasitəsilə süni suvarma ilə əkinçilik aparılan massivlərin, həmçinin onunla təmasda olan ərazinin mikroiqliminin, torpaq-melorasiya və hidrogeoloji şəraitinin kəsgin dəyişməsi. Bax:-Oazis.
SUVARMA NORMASI
SUVARMA REJİMİ
OBASTAN VİKİ
Suvarma
Suvarma — bitkilərin rütubətlə təminatı və həmçinin şorlaşmış torpaqlarda duz rejiminin tənzimlənməsi məqsədilə torpaqların süni nəmləndirilməsi. Meliorasiya növlərindən biridir. Suvarma arid zona torpaqlarının əhəmiyyətli dərəcədə yaşılaşdırılmasına imkan verir. Suvarmada məqsəd kənd təsərrüfatı bitkilərindən yüksək məhsul almaq, torpağın su, hava, istilik rejimlərini təmin edib nizamlamaqdır. Vegetasiya dövründə bitkinin inkişafı üçün torpaqda nəmlik çatışmadıqda suvarmaya ehtiyac yaranır. Suvarma kənd təsərrüfatı bitkilərinin suya olan tələbatını təmin edir, faydalı mikroorqanizmlərin inkişafına imkan yaradır, bitkinin qida rejimini, boy və inkişafını gücləndirir, torpağın hava rejimini tənzimləyir və məhsuldarlığı artırır, torpaqda çatışmayan rütubəti tamamlayır. Suvarma müxtəlif üsullarla (səthi suvarma, süni yağışyağdırma, torpaqaltı suvarma, damcılı suvarma və s.) aparılır. Suvarma norması – bütün vegetasiya dövründə kənd təsərrüfatı bitkilərinin tələbatını ödəmək üçün 1 ha torpaq sahəsinə verilən suyun miqdarı. Suvarma norması vegetasiya dövründə bitkilərin inkişaf fazalarında onların su sərf etməsinə, suvarılan torpaqlarda suyun itməsinə müvafiq olaraq dövri suvarma normalarına bölünür. Dövri Suvarma norması müəyyən bitki əkilmiş tarlanın ha-na bir suvarma dövründə verilən suyun miqdarıdır.
Azərbaycanın suvarma kanalları
Azərbaycanın suvarma kanalları - Hidrotexnikada suyun basqınsız hərəkəti üçün çəkilən düzgün formalı süni məcra (su yolu). Cəmi uzunluğu 90 min km.-dən artıq. 1,3 mln hektar torpaq sahəsinin suvarılmasına imkan verən sıx kanallar şəbəkəsi. == Haqqında == Azərbaycan Respublikasında meliorasiya və su təsərrüfatının inkişafı haqqında dolğun təsəvvür yaratmaq üçün sahənin inkişaf mərhələlərinə nəzər salmaq lazım gəlir. Mütəxəssislər Azərbaycanda sahənin inkişafını keçid dövrlərinə əsaslanaraq aşağıdakı dövrlərə bölməyi daha münasib hesab edirlər: Suvarmanın qədim dövrü; 1920-1940-cı illər – Sovet hakimiyyəti qurulduqdan sonrakı dövr; 1945-1970-ci illər – İkinci Dünya Müharibəsindən sonrakı dövr; 1970-1985-ci illər – Ölkənin yüksək inkişaf dövrü; 1985-1993-cü illər – Yenidənqurma, Sovet İttifaqının dağılması və postsovet ölkələrinin müstəqillik əldə etmə dövrü – sahənin tənəzzül dövrü; 1993-cü ildən sonrakı dövr – yeni inkişaf dövrü. === Suvarmanın qədim dövrü === Qədim dövrlərdə texnika və texnologiyaların zəif inkişafı ilə əlaqədar olaraq suvarma kanalları və hidrotexniki qurğular ağır əl əməyi hesabına tikilib istifadə olunmuşdur. V-VI əsrlərdə Mil düzündə inşa edilmiş suvarma kanallarının izləri, VI-VII əsrlərdə çəkilmiş Gavurarx, Hacı Hüseynağa, Daşçay-arx kanalları hələ də qalmaqdadır. Mühəndis tipli irriqasiya sistemlərinin və qurğularının tikintisinə XIX əsrin ikinci yarsında başlanılmışdır. 1868-ci ildə Qarayazı düzündə mühəndis tipli suvarma şəbəkəsi inşa edilmiş və suvarma aparılmışdır. 1872-ci ildə Arazdöyən suvarma şəbəkəsi tikilib istifadəyə verilmişdir.
Qarabağ suvarma kanalı
Qarabağ suvarma kanalı (2024-cü ilədək Yuxarı Qarabağ suvarma kanalı) — 1958-ci ildə istismara verilən, uzunluğu 172,4 km olan Mənbəyini Mingəçevir su anbarı və Kür çayından götürən suvarma kanalı. == Yaranma tarixi == 1951-ci ildə Yuxarı Qarabağ kanalının layihələndirilməsinə başlanıldı. 1958-ci ildə istismara verilmişdir. Yuxarı Qarabağ kanalı respublikada Samur-Abşeron kanalından (182 km) sonra uzunluğuna görə ikinci yeri tutur. Yuxarı Qarabağ kanalı Qarabağ və Mil düzlərini suvarmaqla Bəhramtəpə su qovşağı yaxınlığında Araz çayınadək davam edir. Mənbəyini Mingəçevir su anbarı və Kür çayından götürür. Su anbarındakı Yuxarı Portal baş qurğusundan qəbul edilən su, uzunluğu 1072 m, diametri 4,9 m olan tuneldən keçirilərək Aşağı Pormal baş qurğusu vasitəsilə kanala verilir. Su qəbul edilən yerdə kanalın dib yüksəkliyi 59 m-dir. Torpaq məcrada tikilmiş kanalın uzunluğu 172,4 km, normal su sərfi saniyədə 113 kub m, maksimal su sərfi isə saniyədə 138 kub m-dir. Kanal Qarabağ zonasının, Mil düzünün (az da olsa Muğan düzünün) 122 min hektar sahəsini su ilə təmin edir.
Şirvan suvarma kanalı
Şirvan suvarma kanalı (2024-cü ilədək Yuxarı Şirvan suvarma kanalı) — 1958-ci ildə istismara verilmiş, mənbəyini Mingəçevir su anbarından götürən suvarma kanalı. Uzunluğu 123,5 km və ya 122 km idi, yenidən qurmadan sonra 200 kilometrdən çox olacaq. == Haqqında == 1954-cü ildə Yuxarı Şirvan kanalının layihələndirilməsinə başlanıldı. Tələb olunan müddətlərdə kanalların layihə tapşırıqları və işçi cizgiləri hazırlandı. 1958-ci ildə istismara verilib. Yuxarı Şirvan kanalı suyu Xanabat bəndindəki baş qurğudan alır. Su qəbul edilən yerdə kanalın dib yüksəkliyi 65,33 m-dir. Anbardan baş qurğuya su nəql edən kanalın uzunluğu 2,9 km-dir. Bu kanalın su qəbul etdiyi yerdə dib yüksəkliyi 70 m olduğuna görə, son illərdə (2000–2001) anbarda suyun səviyyəsi aşağı olduğundan Yuxarı Şirvan kanalına tələb olunan suyun verilməsində problemlər yaranmışdır. Bunu nəzərə alan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mütəxəssisləri anbardan su nəql edən kanalda dərinləşdirmə və genişləndirmə işləri aparmış və su qəbul edilən yerdə kanalın dib yüksəkliyini 68 m-ə qədər aşağı salmışlar.
Eroziya və Suvarma İnstitutu
Eroziya və Suvarma İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının institutlarından biri. == Tarixi == Eroziya və Suvarma İnstitutu Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 27 oktyabr 1997-ci il tarixli 292 saylı əmrinə əsasən "Aqroekologiya" Elm Mərkəzi və "İmpuls" Elm-İstehsalat Birliyinin birləşdirilmiş bazasında yaradılmışdır. 6 oktyabr 2011-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamıı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Azərbaycan Elmi-Tədqiqat Eroziya və Suvarma İnstitutu Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyinə verilmişdir. İnstitut Azərbaycan Milli Elmlər Akademiyasının Aqrar Elmlər bölməsinin tərkibində fəaliyyət göstərir. İnstitut torpaqların səmərəli şəkildə istifadəsi, eroziyadan mühafizəsi, çirklənməsinin qarşısının alınması, pozulmuş torpaqların münbitliyinin bərpası, mütərəqqi üsullarla suvarma texnologiyalarının işlənib hazırlanması, bu sahədə suya qənaət edən texniki sistemlərin yaradılması, kütləvi istehsalı və istehsalatda tətbiqi, elmi-tədqiqat, təcrübi-konstruktor, layihə-axtarış, texnoloji-sınaq və istehsalat işlərinin nəticəsi olaraq kənd təsərrüfatı istehsalının inkişaf perespektivlərini müəyyənləşdirən elmi-nəzəri konsepsiyaları hazırlayır. == Bеynəlхаlq əlаqələr == Torpağın münbitliyinin və suvarma suyunun səmərəli idarə edilməsi yolu ilə kəndin güzəranının yaxşılaşdırılması mövzusu üzrə layihə İCARDA-nın rəhbərliyi ilə 2004–2006-cı illrədə həyata keçirilib. Layihədə Mərkəzi Asiya ölkələri və Azərbaycan iştirak edib. Layihənin məqsədi qiymətli təbii ehtiyatlar olan torpaq və sudan səmərəli istifadə etməklə məhsuldarlığı artırmaqdır. Azərbaycan tərəfdən layihədə Elmi-Tədqiqat Əkinçilik İnstitutu və Elmi-Tədqiqat Eroziya və Suvarma İnstitutu iştirak edib. Layihə çərçivəsində meyvə ağaclarının damcıladıcı suvarma üsulu ilə suvarılması və buğdanın tirə əkin üsulu ilə yetişdirilməsi texnologiyası nümayiş etdirilmişdir.
Əlfac suvarma sistemi (Oman)
Əlfac suvarma sistemi Omanın “Daxiliyyə”, “Şərqiyyə” və “Batinə” bölgələrində yerləşən, və tarixi bizim eranın 500-cü ilinə qədər gedib çıxan, qədim suvarma sistemidir. Bu suvarma kanalları bölgədə yerləşən və öz adını fars dilində olan “qənat” və “kəhriz” sözlərindən götürən, tarixi 5000 ilə qədər olan suvarma sistemi növünü nümayiş etdirirlər. “Əflac” klassik ərəb dilində hissələrə bölünmə mənasını verən “fələc” sözünün cəmidir. Bu suvarma sistemi cazibə qüvvəsi sayəsində suyun mənbələrdən evlərə və əkin sahələrinə axmasını təmin etməklə bu təbii ehtiyatı bütün əhali arasında bölmüşdür. Kompleksə gözətçi qüllələr, məscidlər və digər tikililər daxil idi. 2006-cı ildə bu kompleksə daxil olan “Fəlac Əlxatimi”, “Fəlac Əlmalki”, “Fəlac Daris”, “Fəlac əlmayassar” və “Fəlac əlcilə” kimi 5 suvarma sistemi Yuneskonun Ümumdünya irsi siyahısına daxil edilmişdir.
AMEA Eroziya və Suvarma İnstitutu
Eroziya və Suvarma İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının institutlarından biri. == Tarixi == Eroziya və Suvarma İnstitutu Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 27 oktyabr 1997-ci il tarixli 292 saylı əmrinə əsasən "Aqroekologiya" Elm Mərkəzi və "İmpuls" Elm-İstehsalat Birliyinin birləşdirilmiş bazasında yaradılmışdır. 6 oktyabr 2011-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamıı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Azərbaycan Elmi-Tədqiqat Eroziya və Suvarma İnstitutu Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyinə verilmişdir. İnstitut Azərbaycan Milli Elmlər Akademiyasının Aqrar Elmlər bölməsinin tərkibində fəaliyyət göstərir. İnstitut torpaqların səmərəli şəkildə istifadəsi, eroziyadan mühafizəsi, çirklənməsinin qarşısının alınması, pozulmuş torpaqların münbitliyinin bərpası, mütərəqqi üsullarla suvarma texnologiyalarının işlənib hazırlanması, bu sahədə suya qənaət edən texniki sistemlərin yaradılması, kütləvi istehsalı və istehsalatda tətbiqi, elmi-tədqiqat, təcrübi-konstruktor, layihə-axtarış, texnoloji-sınaq və istehsalat işlərinin nəticəsi olaraq kənd təsərrüfatı istehsalının inkişaf perespektivlərini müəyyənləşdirən elmi-nəzəri konsepsiyaları hazırlayır. == Bеynəlхаlq əlаqələr == Torpağın münbitliyinin və suvarma suyunun səmərəli idarə edilməsi yolu ilə kəndin güzəranının yaxşılaşdırılması mövzusu üzrə layihə İCARDA-nın rəhbərliyi ilə 2004–2006-cı illrədə həyata keçirilib. Layihədə Mərkəzi Asiya ölkələri və Azərbaycan iştirak edib. Layihənin məqsədi qiymətli təbii ehtiyatlar olan torpaq və sudan səmərəli istifadə etməklə məhsuldarlığı artırmaqdır. Azərbaycan tərəfdən layihədə Elmi-Tədqiqat Əkinçilik İnstitutu və Elmi-Tədqiqat Eroziya və Suvarma İnstitutu iştirak edib. Layihə çərçivəsində meyvə ağaclarının damcıladıcı suvarma üsulu ilə suvarılması və buğdanın tirə əkin üsulu ilə yetişdirilməsi texnologiyası nümayiş etdirilmişdir.
Azərbaycan Elmi-Tədqiqat Eroziya və Suvarma İnstitutu

Azərbaycanın suvarma sistemində avtomatika-telemexanika (film, 1960)
Azərbaycanın suvarma sistemində avtomatika-telemexanika qısametrajlı sənədli filmi rejissor Vladimir Konyagin tərəfindən 1960-cı ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinolentdə Azərbaycanın suvarma sistemində avtomatika-telemexanikadan istifadə qaydalarından və ümumiyyətlə texnikanın kənd təsərrüfatının inkişafında əhəmiyyətli rolundan söhbət açılır. == Məzmun == Kinolentdə Azərbaycanın suvarma sistemində avtomatika-telemexanikadan istifadə qaydalarından və ümumiyyətlə texnikanın kənd təsərrüfatının inkişafında əhəmiyyətli rolundan söhbət açılır. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: A. Yusifov, Nazim Sadıqov Rejissor: Vladimir Konyagin Operator: Vladimir Konyagin == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Azərbaycan Milli Elmlər Akademiyası Eroziya və Suvarma İnstitutu